Что вас интересует?

Food City Aqrokompleks ilə SGS Azerbaijan arasında memorandum imzalandı

March 14, 2024

İdxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, broker, tranzit, saxlanc və s. çoxsaylı xidmətlər üzrə ixtisaslaşmış “Food City Aqrokompleks” ilə beynəlxalq sertifikatlaşdırma və inspeksiya şirkəti “SGS Azerbaijan” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Tədbirdə “Food City Aqrokompleks”-in baş icraçı direktoru Anar Ağayev, “SGS Azerbaijan” şirkətinin direktoru Seymur Ağayev və hər iki şirkətin nümayəndələri iştirak ediblər.

Food City Aqrokompleks ilə SGS Azerbaijan arasında memorandum imzalandı

Baş icraçı direktor Anar Ağayev tədbir iştirakçılarına “Food City Aqrokompleks”-in fəaliyyəti, strateji əhəmiyyəti, göstərilən xidmətlər və gələcək planlar barədə ətraflı məlumat verib.  Aqrokompleksin fəaliyyətində daima ən yaxşı nəticənin hədəfləndiyini və bu istiqamətdə innovativ yeniliklərə və səmərəli əməkdaşlıqlara xüsusi əhəmiyyət verildiyini qeyd edib.

“SGS Azerbaijan” şirkətinin direktoru Seymur Ağayev isə çıxışında memorandum əsasında iki şirkət arasında başlanılan əməkdaşlığın yeni imkanlar vəd etdiyini, bu imkanların hər iki şirkət üçün səmərəli olacağına əminliyini vurğulayıb.

Çıxışlardan sonra “Food City Aqrokompleks”-in baş icraçı direktoru Anar Ağayev və “SGS Azerbaijan” şirkətinin direktoru Seymur Ağayev memorandum sənədini imzalayıblar.

Sənədə əsasən, nəqliyyat vasitəsilə daşınan məhsulların yoxlanışına xüsusi diqqət yetirməklə inspeksiya xidmətlərinin həyata keçirilməsi, keyfiyyət və kəmiyyət yoxlamalarının aparılması, anbar təftişi, fumiqasiya üzrə müşahidənin təşkili, analitik xidmətlərin göstərilməsi və digər sahələr üzrə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

О компании SGS

Группа SGS является мировым лидером в области испытаний, инспекционных услуг и сертификации. Сегодня наша компания признана мировым эталоном устойчивого развития, качества и деловой этики. Наши 99'600 сотрудников работают в 2'600 офисах и лабораториях по всему миру.

Свяжитесь с нами

  • SGS Azeri Ltd

14 Izmir Street, Yasamal District,

, 1065,

Baku, Азербайджан